BBC News, Azərbaycanca - Xəbərlər
Əsas xəbərlər
“Tərtər işi” ilə bağlı Bakıda etiraz: “Gəl bura, Prezident”
"Tərtər işi" ilə bağlı günahlandırılanların yaxınları Bakıda etiraz ediblər.
Gəlinləri "İraqda həbsdə olan" Sabirabadlı ana nəvələrini uşaq evinə verib
Sabirabadın Dadaşbəyli kəndində yaşayan 60 yaşlı Sevda Cavadovanın iki oğlu 2015-ci ildə ailələrini də götürərək işləmək adıyla Türkiyəyə gediblər.
Ukrayna bəndi: Nova Kaxovkadakı bəndin partladılmasından sonra minlərlə insan daşqınlardan qaçır
Ukrayna Dnepr çayı üzərindəki Kaxovka Su Elektrik Stansiyasının bəndinin dağılmasında Rusiyanı ittiham edir. Moskva iddiaları rədd edib. Su basmış ərazilərdən 17 mindən çox insan təxliyə edilir, Ukrayna prokurorluğu bildirir.
Ararat Mirzoyan: “Demarkasiyada hansı xəritədən istifadə ediləcəyi ilə bağlı yekun razılaşma yoxdur”
Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyevlə 1975-ci il xəritəsindən istifadəyə razılaşdıqlarını bildirmiş, Rəsmi Bakı bunu təkzib etmişdi.
Azərbaycan və Ermənistanın da iştirak etdiyi yarışda Türkiyə qalib olub
Bu ilin may ayında Ermənistan, Azərbaycan və Gürcüstandan olan metal rok qrupları Almaniyada keçiriləcək nüfuzlu Wacken festivalında iştirak üçün mübarizə aparıblar.
Bəxtiyar Hacıyevin özünün, qohumlarının və dostlarının mülklərində "axtarış aparılıb"
Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Bəxtiyar Hacıyevin "yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir, saxlanılan yoxdur".
10 yaşlı Nərminin qətli: İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsi Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməsi ilə bağlı üç ilə yaxındır davam edən cinayət işi üzrə qərarını elan edib. Cinayətdə ittiham olunan İlkin Süleymanovun vəkili onun qərardan narazı olduğunu deyib.
Türkiyə Prezidenti yeni hökumətin tərkibini açıqlayıb
Şənbə günü parlamentdə keçirilən andiçmə mərasimindən sonra üçüncü prezidentlik müddətinin icrasına başlayan Recep Tayyip Erdoğan yeni hökumətin tərkibini açıqlayıb.
Azərbaycan-Ermənistan: Moskvada üçtərəfli görüşdə "ümumi anlaşma" əldə olunub
Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda irəliləyişin olduğunu bildirir. Bunu Moskvada keçirilən üçtərəfli görüşdən sonra Rusiya Baş nazirinin müavini bəyan edib.
Təhlil
Elmi araşdırma: gündə 11 dəqiqə sürətlə yerimək hər 10 erkən ölümdən birinin qarşısını ala bilər
Böyük Britaniyada həyata keçirilmiş bir araşdırmanın nəticələri göstərib ki, sürətlə yerimək, velosiped sürmək, rəqs etmək və ya tennis oynamaq kimi gündə 11 dəqiqəlik fiziki fəaliyyət hər 10 erkən ölümdən birinin qarşısını ala bilər.
Türkiyə erməniləri: “Sülh müharibədən ucuzdur”
“Mən istərdim ki, azərbaycanlılar Yerevan küçələrində, ermənilər isə Bakı küçələrində gəzsin. Gəlin bir süfrədə Azərbaycan kürüsü ilə erməni konyakını paylaşaq, köhnə günlərə qayıdaq”, - Türkiyə ermənisi Nurhan Çetinkaya deyir.
Video və audio
Moskvada Əliyevlə Paşinyan arasında söz davası
Azərbaycan və Ermənistan liderləri Avrasiya İqtisadi Şurasının Moskva görüşü zamanı söz döyüşdürüblər. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidentinin "Zəngəzur koridoru" ifadəsinə etiraz edib.
Britaniya səfiri: “Geri qaytarılmış ərazilərdə Britaniya şirkətləri 3 sahədə işləyirlər”
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Səadət Akifqızı ilə söhbət edib.
Heydər Əliyev 100 - BBC Azərbaycancanın filmi
Uzun müddət SSRİ dövründə, eləcə də müstəqil olduqdan sonra Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevi hərə bir cür xatırlayır. Bəs, öz dövrünün şərtlərinə görə Heydər Əliyev kim idi?
"Bizi bəyənənləri də, bəyənməyənləri də sevirik", Azərbaycanın Eurovision təmsilçiləri TuralTuranX
Azərbaycanı Eurovision 2023 Mahnı Müsabiqəsində təmsil edən TuralTuranX yarışın keçirildiyi Liverpool şəhərində Vüsal Həmzəyevlə söhbət ediblər.
Dərgi

"Ehtiras və gücün təcəssümü": Tina Turner-in həyatı şəkillərdə
83 yaşında ölən Tina Turner-in pərəstişkarları və məşhurlar bu gün də onun vəfatı ilə bağlı fikirlərini bölüşürlər.
Bunları da oxuyun
Əhməd bəy Ağaoğlu: İran patriotu, pantürkçü, müsəlman islahatçı, türk millətçisi və nəhayət liberal
Bu gün-19 may XX əsrin əvvəllərində həm Azərbaycanda, həm Türkiyədə tanınmış ziyalı olan Əhməd bəy Ağaoğlunun (Ağayev) vəfat etdiyi gündür. Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü Dr. Harun Yilmaz BBC News Azərbaycanca üçün Əhməd bəy Ağaoğlu barədə yazıb.
İlham Əliyevin yenilənən komandası: Paşayevlərin və Cabbarovun "adamları", texnokratlar və hakimiyyətə loyal kadrlar
Parlamentdə kənd təsərrüfatı naziri İnam Kərimovun Ramiz Rzayevin təqaüdə göndərilməsi ilə boşalan Ali Məhkəmənin sədrliyi postuna təyin olunması bu səbəbdən müzakirə olunur: nazir olmazdan əvvəl hökumətin uğurlu layihələrindən biri sayılan, əhali arasında rəğbətlə qarşılanan ASAN xidmətin ilk rəhbəri olmuş İnam Kərimov hüquqşünas olsa da, onun bioqrafiyasında hakimlik təcrübəsi yoxdur.
ABŞ Dövlət Departamenti: "Biz iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq"
ABŞ rəsmisi BBC Azərbaycancanın sualına cavabında deyib ki, Bakı və Yerevanın kompromisə gələ bilməsi üçün “birbaşa dialoqların qurulması əsas meyardır və ilk dəfədir ki, xarici işlər nazirlərinin növbəti bir neçə gün ərzində birbaşa görüşüb danışmağa imkanı olacaq”. Nazirlərinin görüşləri artıq üçüncü gündür ki, davam edir.
Cəmi bir dəfə taxılacaq möhtəşəm tac
Mayın 6-da günorta saatlarında əsrlər boyu davam edən tacqoyma mərasiminin bir hissəsi olaraq Müqəddəs Edward-ın tarixi Tacı Kral III Charles-ın başına qoyulacaq. O, tacı bir saatdan az müddətə taxacaq və bu, bir daha təkrar olunmayacaq. Bu unikal taca və onun roluna yaxından nəzər salaq.